Yazını böyüt
Yazını kiçilt
Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.
Hafta.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb.
"Rosaviasiya"nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib.
Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.